Sərxoş insanla görüşmək qüslu pozurmu?

    09.02.2018
Kimdən: 
nurane
Sual: 
salam menim bir nece sulim var menim yoldasim spirtli icki icir men namaz qiliram bu mene gunahdir onun qullugun da dururam aragin iyi gelirbu gunahdir icgili adam gorussem men qusul almaliyam allah menim namazimi qebul eder cog sagolun
Cavab: 
Va aleykum Salam. Şəriətə görə qadının bacardığı qədər ərinə baxması, günah olmayan işlərdə ona itaət etməsi, ərinə qulluq edib xidmətində durması vacibdir və əriniz şərab içərək günah qazansa da, sizə buna görə günah yazılmır. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
Həmçinin, onun etdiyi günahlar sizin namazınızın qəbul olmasına və haram olmayan işlərdə ərinizə qulluq etməyə də bir maneə deyil. Habelə, içkili, sərxoş insanla görüşmək qüslu da pozmur. Həmçinin oxuyun:
Paylaş: