Quranda insanın yaradılış mərhələləri haqqındakı ayələr təkamül nəzəriyyəsini təsdiq edirmi?
Sual:
Salam aleykum.Allah Quranda insanın mərhələlərlə aləqdən,nütfədən,və sair mərhələlərdən yarandığını bildirir.Bu insanın təkamül etdiyi mənasına gəlmirmi?Bu barədə geniş açıqlama versəniz çox sevinərdim.Əvvəlcədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Təkamül nəzəriyyəsi Uca Allahın yaratmasını inkar etmək üçün kafirlərin ortaya atdıqları batil iddialardan biridir. Bu nəzəriyyə heç bir elmi fakta söykənməyən fərziyyələrin üzərində qurulduğu üçün, hətta qeyri-müsəlmanların bir çoxu onu ciddi qəbul etmir.
O ki, qaldı Uca Allah kəlamına: "Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik...". (əl-Mu'minun, 12-14) bu və bu mənada olan ayə və hədislər insanın ilk yaradılışının və ana bətnində rüşeymin inkişaf mərhələlərini çox dəqiq təsvir edir. 1500 il bundan əvvəl heç bir elm və texnikanın olmadığı bir dönəmdə belə ayələrin nazil olması, Quranın Allahdan olmasını sübut edir və təkamül nəzəriyyəsini inkar edir. Daha ətraflı: