Təkamül nəzəriyyəsi haqqında

    17.01.2014
Sual: 
Təkamül nəzəriyyəsi nə deməkdir?
Cavab: 
Salam aleykum. Uca Allah buyurur: "Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik)., Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik., Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!, (Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!, Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!, And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)". (əl Muminun, 12-17).

"Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!, (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik". (əl Hicr, 26-27).

Daha ətraflı məlumat almaq üçün bax:  "Darvin nəzəriyyəsi nə haqdadır?""Saxta nəzəriyyənin süqutu"   adlı məqalələrə.

Paylaş: