Səbəbsiz yerə tövbə etmək istəyi nədən ola bilər?

    19.03.2018
Kimdən: 
aydin
Sual: 
Salam Aleykum.Men ureyimde istemeden aglima tovbe etmek gelir hetda bele gunahsiz seylerede tovbe etmekde fikirlesirem qorxuram sayilar bu tovbeler sayilir?xais edirem cavablandirin.Evvelceden tesekkurler
Cavab: 
Va aleykum Salam. Günah olmayan əməllərə görə ağlınıza gələn tövbə etmək fikri şeyanın vəsvəsəsidir. Şeytandan gələn vəsvəsələrə əhəmiyyət verməyin və səbəbsiz yerə tövbə etməyi dayandırın. Həmçinin, bilmək lazımdır ki, ağıla gələn fikirlərə görə insan əməl etmədikcə, heç bir günah qazanmır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dilinə gətirmədikcə və yaxud bununla əməl etmədikcə ümmətimin fikrindən keçənlərə görə Uca Allah onları hesaba çəkmir". (Səhih əl-Buxari və Səhih Muslim). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: