Namaz qılmayıb oruc tutanın duası qəbul olurmu?
Sual:
salam Allah ugurlu etsin suabi sizinle olsun. Allah size komey olsun cox sag olun acdiginiza gore. namaz qilmiram amma oruc tuturam her il indide qeza oruclarini tutram onun ucun xususi bir dua oxumaliyam birde ki Allah namaz qilmayib oruc tutanlarin dualarini qebul edirmi xais edirem cavab yazin cox sag olun
Cavab:
Aleykuməs-salam. Oruc tutmaq üçün xüsusi dua yoxdur. Namaz qılmayıb oruc tutanın duası qəbul olunur. Ona görə də Allaha dua edin ki, Allah sizi namaz qılmağa müvəffəq etsin.