Gəyirmək dəstəmazı pozurmu?
Sual:
1)salam mənim adım babəkdir.Mən 7də oxuyuram .Günorta namazını qıla bilmirem çünki,dersde oluram olar ki men namazı ƏSR namazı ilə qılım.2)Geyirmek destamazı pozurmuu.
Cavab:
Va aleykum Salam.
1. Dərslər arası fasilə zamanı və ya icazə alıb namazları qılmaq lazımdır. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Lakin ciddi zərurət hallarında, zöhrlə əsr namazını və ya məğriblə də işa namazını birləşdirmək olar, ancaq bu da adət halını almamalıdır. Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286). Həmçinin oxuyun:
Zöhr namazı vaxtında dərsdə oluram, bir saat sonra qılsam olarmı?
İşdə və ya dərsdə şərait olmadığı üçün namazları birləşdirmək haqqında
2. Xeyr, gəyirmək dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar