Zöhr namazı vaxtında dərsdə oluram, bir saat sonra qılsam olarmı?

    28.04.2015
Sual: 
Zöhr namazı vaxtında dərsdə oluram, bir saat sonra qılsam olarmı?
Cavab: 

Salam aleykum. Namazı vaxtı girən kimi qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında (və ya vaxtının başlanğıcında) qılınan namazdır" - deyə buyurmuşdur. (əl-Buxari "Məvaqit", 162).
Vaxt girən kimi namaz qılmağa şərait olmadıqda vaxt çıxana qədər qılmaq olar. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın əfvi vardır". (ət-Tirmizi "Məvaqit", 13).
Namazı vaxtında qılmayaraq qəsdən qəza etmək isə olmaz. Dərslər arasındakı fasilədə şərait taparaq namaz qılmaq lazımdır. Həmçinin daimi olmamaq şərtilə zərurətdə namazları birləşdirmək də olar. Daha ətraflı: Dərslər səbəbilə namazları birləşdirmək haqqında

Teqlər: 
Paylaş: