Dünyasını dəyişmiş valideynin mirasından qız övladına pay düşürmü?

    22.04.2018
Sual: 
salam.meni bir nece sualim var.1.insanin sevdiyi birini dusunmesi,xeyal etmesi gunahdir o sevdiyi sexsin sevildiyinden bele xeberi olmasa hetta onu seveni tanimasa bele? yeni pis dusuncelerle yox.2.bir ogul bir qiz evladi varsa valideynin ve valideyinler heyatda yoxlarsa onlardan bir ev bele qalsa o evden qiz evladina pay dusur ya yox ve dusurse ne qeder?ve qiz evladi evli ya subay olarsa ona miras dusur ve dusurse ne qeder?
Cavab: 

Va aleykum Salam.

1. Gələcək ailə həyatınız haqqında düşünüb götür-qoy etmək, planlar qurmaq qadağan deyil. Amma mənasız xəyallardan çəkinmək lazımdır, çünki bu cür xəyallar günah olmasa da günahlara aparır. Belə ki, fikir istək yaradır, istək iradəyə çevrilir, iradə nəticəsində də günah əməl edilir. Həmçinin oxuyun: Uzun-uzadı ümidlərə qapılmaq olarmı?

2. Bəli, ata mülkündən miras olaraq qız övladına da müəyyən pay düşür. Uca Allah buyurur: "Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir".​​​​​​​ (ən-Nisa, 11). Daha ətraflı:

Atanın mirası övladlar arasında necə bölünməlidir?

Teqlər: 
Paylaş: