Xəstə olarkən ölümü çox fikirləşmək günahdır?

    05.03.2014
Kimdən: 
gunel
Sual: 
Salam aleykum. Men chox xesteyem. Baş ağrilarindan chox eziyyet chekirem. Chox sebirsizem olum ve günahlarım baresinde chox fikirleshirem.
Cavab: 

Aleykum salam. Xəstəlik Uca Allahın mömin bəndələri üçün bəxş etdiyi mərhəmətidir. Çünki xəstəlik vasitəsilə möminin günahları yuyulur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xəstəlikdən əziyyət çəkən elə bir qul yoxdur ki, Allah onu günahlardan təmizlənmiş halda xəstəlikdən azad etməsin".
Cabir (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ummu Saib adlı (xəstə) bir qadına baş çəkdi. Qadın titrəyirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: "Sənə nə olub?" O dedi: "Qızdırmam var. Allah onu zəlil etsin!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sus, onu söymə! Çünki bu (xəstəlik), körük dəmirin pasını apardığı kimi, möminin günahlarını silib aparır".
Əbu Umamə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demiş­dir: "Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: "Ey mələk­lərim! Mən qulumu iplərimdən biri ilə bağ­ladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox əgər onu sağaltsam, günah­larından təmizlən­miş olar!"
Həmçinin oxuyun: Ölüm qorxusundan qurtulmaq üçün nə edim?

Teqlər: 
Paylaş: