Dua edib istəməyimə görə Allah məndən bezər?
Sual:
Salam.
Sualım odu ki mənim olmasını çox istədiyim arzum var.bunun üçün Allaha dua edirəm
Gerçəkləşməsi bəlkəmdə mümkün olmayan yada çox çətin olacaq bir şeyi istəyirəm.bunun üçün sadəc Allaha əl açmışam
və bir iki gün ard arda dua etdikdən sonra Allaha dua eləməyə üzüm gəlmir.elə bilirəm ki Allah məndən bezər.yada nəbilim elə bilirəm ki Allah deyər ki bir çox insanın neç neçə problemi varkən mənimki ona sadə gələr .ama mənimdə tək sığınacaq yerim allahdır.sualım odu ki sizcə Allah məndən bezə bilər?
Cavab:
Va aleykum Salam. Uca Allah bəndələrinin Ona dua etməsindən heç vaxt bezmir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) öz hədislərində xəbər verir ki, Uca Allah hər bir bəndəsini eşidir, bəndəsinin Ona doğru açdığı əllərini geriyə boş qaytarmağa həya edir, əgər bəndəsi üçün xeyirdisə, onun diləyini qəbul edib həyata keçirir və ya onu bir bəladan qoruyur, yaxud onun mükafatını axirətə saxlayır. Uca Allah yalnız Onu çağırıb dua edən bəndələrini sevir. Daha ətraflı: