Səhv qılanın namazı qəbul olunurmu?

    08.04.2018
Sual: 
Salam olsun size.men erime namaz qılmaqa meslehet gördüm ve qılır ama namazı yeri yerinden qılmırnamazı.bilmek isdiyrem onun namazı qebul elyermi Allah. Cavabı gözlüyrem.Allah zizden razı olsun.
Cavab: 

Va aleykum Salam. Uca Allah namazı hər bir müsəlmana vaxtlı-vaxtında və düzgün şəkildə qılmağı buyurmuşdur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103).
Namazlarını vaxtlı-vaxtında qılmayanın, həmçinin, namazın vacib buyurulan şərtlərini yerinə yetirməyənin namazı batildir. Hər bir müsəlman namaza aid olan zəruri bilikləri öyrənməyə və namazı düzgün şəkildə qılmağa çalışmalıdır. Uca Allah bəndələrinə qarşı mərhəmətlidir. İnsanlar nöqsana yol verdiklərinə baxmayaraq onların əməllərini qəbul edir və bağışlayır. Daha ətraflı: Namazları vaxtında qılmıram və bəzən heç qılmaq istəmirəm...

Paylaş: