Namazları vaxtında qılmıram və bəzən heç qılmaq istəmirəm...

    02.01.2016
Kimdən: 
Sema
Sual: 
Namazımı qilanda arada cox vaxt vaxtinda qila bilmirem novbeti namazi qilmaq isdemirem arada hec qila bilmirem ama etrafimdakilar qiliram bilir bu gunahdan nece qurtula bilerem?cox vicdanen narahatam Allahdan tovbe dilemeye qorxuram vesvese olurki Allah bagislamaz meni.
Cavab: 
Salam aleykum. Namazları vaxtında qılmamaq və ya namaz qılmağa qarşı həvəsin olmaması imanın zəifləməsindən qaynaqlanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəl­diyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdə olan imanı təzələməyi diləyin!" (əl-Hakim, 5). İmanı təzələmək üçün Quranın mənaca tərcüməsini düşünərək oxumaq, dini kitablar və ya məqalələr oxumaq, dərslərə qulaq asmaq, mömin dostlarla çox vaxt keçirmək, camaat namazları qılmaq və digər səbəblərdən istifadə etmək lazımdır. Allahın guya sizi bağışlamayacağı isə şeytanın vəsvəsəsidir, buna fikir vermək lazım deyil. Daha ətraflı:
İmanı artırmaq üçün nə etməliyik?
Tövbə etsəm, Allah bağışlayarmı?
Teqlər: 
Paylaş: