əl-Fatihə surəsinin beşinci ayəsinin təfsiri hansı surədədir?
Va aleykum Salam. Uca Allah buyurur: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik". (əl-Fatihə, 5).
İbadət Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməkdir. Çünki, bu sifətlərə sahib olmayan abid sayılmaz. Allahın ən əzəmətli əmri yalnız Allaha ibadət etmək, ən böyük qadağası isə Ona şərik qoşmaqdan uzaq olmaqdır. Bəndə ibadətlərdə Allahın köməyinə möhtac olduğu üçün Uca Allah ibadəti qeyd etdikdən sonra "yalnız Səndən kömək diləyirik" buyurur. Əsil möminlər yalnız Allaha ibadət edir və yalnız Allahdan kömək diləyirlər. Əgər Allah kömək etməsə, heç kəs doğru yola gələ bilməz. Əsil möminlər Qiyamət günü belə deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər". (əl-Əraf, 43).
əl-Fatihə surəsi Quranın ümumi mənalarını ifadə etdiyi üçün ona Ummul-Kitab (Kitabın əsası), Ummul-Quran (Quranın əsası) və başqa adlar verilmişdir. Bu baxımdan Qurani-Kərim bütölükdə bu surədəki ayələrin təfsirinə həsr olunur. Həmçinin oxuyun:
əl-Fatihə surəsinin izahı
əl-Fatihə surəsinin üstünlüyü
Fatihə və İxlas surələrinin digər adları hansılardır?