Qadının yad kişiyə baxmasına icazə verildiyi hallar hansılardır?
Va aleykum Salam. Ümumiyyətlə zərurət səbəbilə, bilməyərəkdən və şəriətin istisna etdiyi digər halları çıxmaq şərtilə naməhrəmlərin bir-birilərinə baxması günahdır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar...". (ən-Nur, 31).
Məsələn, istisna hallardan evlənmək istəyən cütlüklərin şəriətin icazə verdiyi qaydada bir-birilərinə baxmasının icazəli olduğunu misal göstərmək olar. Belə ki, Muğirə ibn Şö'bə (Allah ondan razı olsun) demişdir ki: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim və ona bir qadınla evlənmək istədiyimi çatdırdım. O (salləllahu aleyhi və səlləm) isə belə dedi: "Get ona bax. Çünki bu sizin bir-birinizə daha çox bağlanmanız üçün əlverişlidir". (əd-Dəraqutni, 3/252; İbn Məcəh, 1/574). Həmçinin, sizi çağıran insana baxmaq və digər hallar buna aiddir. Həmçinin oxuyun:
Naməhrəmə baxmaq günahdırmı?
Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?