Ərim məni söyüb təhqir etdiyi üçün axirətdə cəzalanacaqmı?

    12.05.2018
Kimdən: 
..........
Sual: 
Salam.yoldasim meni tehqir edirdise soyurduse onun o dunyada cezasi varmi?
Cavab: 
Va aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari; Muslim; İmam Əhməd). Muaz (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər dilini tutaraq dedi: "Bundan qorun!" Dedim: "Ey Allahın Elçisi, biz danışdığımızla danlanacağıqmı?" Dedi: "Anan səni itirsin, insanlar oda üzləri üstə dillərinin qazandıqları günahlar ucbatından girəcəklər". (ət-Tirmizi, 5/11).
Kişinin həyat öz yoldaşını söyməsi isə daha böyük günahdır, çünki Uca Allahın bu ayəsinə qarşı çıxmışdır: "Onlarla (qadınlarla) xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).
Söyüş söyən həmçinin qul haqqı günahı ilə yüklənir. Qiyamət günü zülmə məruz qalmış insanlar zalımlardan öz haqlarını almadıqca Allah hətta şəhidlərə də bu günahı bağışlamayacaq. Ona görə də başqasına zülm etmiş insanlar dünyadan köçmədən halallıq almalıdırlar. Uca Allah buyurur: "Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə onları cəza­landırmağıgöz­lərin bərələ qala­cağı günə saxlayır". (İbrahim, 42).
Siz çalışın səbirlə yoldaşınıza gözəl şəkildə nəsihət edin və onu bu çirkin əməldən çəkindirin. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Daha ətarflı:
Teqlər: 
Paylaş: