Şiə namazı qılsam, Cəhənnəmə düşəcəm?
Sual:
Salam aleykum. Men shie namazi qiliram. Chunki mene evvelceden bele oyredibler. Amma hech vaxt dini ayirmamisham. Eger bele qiliramsa, o demekdir ki, men cehenneme gedeceyem? Axi meni valideynlerim sunni namazi qilmağa qoymurlar.
Cavab:
Aleykum salam. Cəhənnəm və Cənnətliklər yalnız axirətdə bilinəcək. Allaha şərik qoşanlardan başqa günah sahibləri, o gün Uca Allahın istəyi altında olacaq. Allah Təalaya aid olan bir məsələdə heç kim qərar verə bilməz. Cəhənnəmə düşmək namazın qılınma formasına görə deyil, hər şeydən öncə tövhid (tək Allahlılıq) əqidəsinə görədir. Əgər bu inanc yerində olmazsa, Qiyamət günü digər əməlləri də qəbul olunmayacaq. Həmçinin, insan namaz qılmamağa görə və böyük günahlar edib tövbə etmədiyinə görə Cəhənnəmə düşə bilər.