Pis sözlər eşitmək, nə isə yemək və içmək dəstəmazı pozurmu?
Va aleykum Salam.
1. Pis sözlər danışmaq və ya eşitmək dəstəmazı batil etmir. Amma pis sözlər danışmaq özü bir günahdır. Ona görə də bilərəkdən pis sözlər danışmaqdan çəkinmək lazımdır. Uca Allah buyurur: "Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir". (ən-Nisa, 148). İbn Abbas (Allah ondan razı olsun) buyurub ki, burada Allahın sevmədiyi şey, zülmə uğrayanlardan başqasının kiminsə əleyhinə dua etməsidir. (əs-Sabuni "Safvatut-Təfəsir", 1/314). Daha ətraflı:
Dəstəmazı pozan amillər
Namaz qılanın pis sözlər işlətməsi düzgündür?
Namaz əsnasında söyüş eşidən nə etməlidir?
2. Dəstəmaz aldıqdan sonra yeyib-içmək dəstəmazı pozmur.
3. Namazda hər təkbirdən sonra "əuuzu billəhi minəş-şeytanir-racim" demək olmaz, yalnız ilk təkbirdən sonra "subhanəkə" duasını oxumadan birbaşa "əuuzu billəhi minəş-şeytanir-racim" deyib Fatihə surəsini oxuya bilərsiniz. Daha ətraflı:
Namaza birbaşa "istiazə" və "bəsmələ" ilə başlamaq olarmı?
Quran oxuyarkən əvvəl qaldığım yerdən başlaya bilərəmmi?