Təşəhhüd və salavatdan sonrakı sözləri yadda saxlaya bilmədiyimə görə namazım qəbul olunurmu?

    26.04.2018
Kimdən: 
Azer
Sual: 
Salam Aleykum gazelle insanlar. Vetenden uzaqda yawayiriq ancaq namaz qilib Allaha itaet etirik ve bu sayti oxuyuruq,beyenirik. Allah sizlerden razi olsun.Namazin axrinda salamlardan qabaq wehadeti deyirem ve Allahin messelli ale Muhammedin ve ale ali Muhammed deyirem.Ondan sonraki sozleri yadimda saxlaya bilmirem. Namazim qebul sayilir yoxsa yox?
Cavab: 

Və aleykum Salam. Əgər namaz qılan şəxs xəstə və ya yaşlı olması səbəbilə namazın sözlərini yadda saxlaya bilmirsə, onları əvəz edəcək sözlərdən istifadə edə bilər. Məsələn, əgər rukuda "Subhanə Rabbiyəl-Azim" və səcdədə "Subhanə Rabbiyəl-A'lə" deyə bilmirsə, bunların əvəzinə "Subhanəllah" deyə bilər. Həmçinin, hədislərin birində rəvayət edilir ki, bir yaşlı qadın yaddaş zəifliyinə görə təşəhhüdü əzbərləyə bilmədiyi haqda Peyğəmbərə (salləllahu aleyhi və səlləm) şikayət etdikdə, o, qadına bunun əvəzinə "Subhanəllah, əlhəmdulilləh, Allahu əkbər və Lə iləhə illah" kəlmələrini deməyi buyurur. 
Əzbərləməyi bacarmayan şəxs namazda yalnız bu zikrləri deyərsə, onun namazı səhihdir. 
Həmçinin, namazın sözlərini kağızdan oxuyaraq namaz qıla bilərsiniz. Belə etsəniz, Allahın izni ilə oxuduqlarınız bir müddətdən sonra yaddaşınıza həkk olunar. Daha ətraflı:
Namaz qılmaq istəyirəm, sözlərini və qaydasını yaza bilərsinizmi?
Namaz qılmaq qaydası - VİDEO 

Paylaş: