Sevdiyim insan ateistdir, nə etməliyəm?

    16.05.2018
Kimdən: 
Farid
Sual: 
Salam.Bir ildir namaz qiliram.bir ildi her namazin sonunda eyni duani edirem.duam bir insandir.sevdiyim insana qovusmaqdir.duzu ona gore namaz qilmaga basladim.onu Allahdan her gun her saat isdiyirem.Allah bu iller erzinde bu movzuda cox komek olub mene.O ateisdir amma.amma men bilirem o gelecekde Allahi taniyacaq.cox gozel insandir hedden artiq.xais edirem bir meslehet verin.din ne deyir bele hallar ucun.
Cavab: 

Va aleykum Salam. Müsəlman namazı yalnız Allahın rizası üçün qılmalıdır. Sevdiyiniz insanla ailə qurmağa gəlincə, İslamı qəbul etməyənə qədər ateistlə ailə qurmaq qadağandır. Allaha dua edin ki, həmin insana hidayət versin. Bu baş verməsə, Allahdan sizə daha xeyirli həyat yoldaşı nəsib etməsini istəyin. Allahı bilərəkdən inkar edənlər dünyada hansı əməllər etmələrindən asılı olmayaraq əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Uca Allah buyurur: "De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik". Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir". (əl-Kəhf, 103-106). Həmçinin oxuyun:
Ateistlə və əhli-kitabla ailə qurmaq olarmı?
Dualarım qəbul olmur, nə edim? 

Teqlər: 
Paylaş: