Saxtakarlığa yol verib ruzi qazanmaq haramdırmı?
Sual:
Hər vaxtınız xeyir əgər hər hansi bir insan saxtakarlığa yol verib ruzi qazanırsa bu haramdırmı
Cavab:
Salam aleykum. Saxtakarlıq dedikdə günah işləri nəzərdə tutursunuzsa, bu yolla ruzi qazanmaq haramdır. Çünki, ruzi halal yolla qazanılmalıdır. Uca Allah buyurur: "Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın". (əl-Bəqərə, 188).