Qızın atası razı deyilsə, evlənmək istədiyi oğlan haqqını halal etməyə bilərmi?
Sual:
As salam aleykum ve rahmetullahi ve bareketuh. İlk önce suallara esaslı şekilde verilen cavablara göre ALLAH sizden razı olsun. Sualım beledir;Bir bacı turk vetendaşı ile şekilde bir birilerin görüb beyenibler. Ve hec bir zaman görüşmeyibler, Lakin aradan bir muddet kecdikden sonra oglan elci gelmek istedi. Bacı bunu atasına bildirdikden sonra ata hec cure razılıq vermedi, sebeb ise oglanın xarici vetendaş olmasi ve Azerbaycanda yaşamaması oldu. Bu uzden bacı oglanı başa saldı ve ümid vermemesi ucun daha yazmadıve danışmadı. Oglan da inciyerek hakkımı helal etmirem ve menden ayrilma deyir. Bununcun oglanın hakkı varmi? Bacı ne etmelidir? ALLAH ucun etraflı cavab yazın. Cezakellahu xayran.
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Əgər qızın valideynləri qızının həmin adamla ailə qurmasına razı deyillərsə, oğlanın belə deməsinə baxmayaraq, onun qızın üzərində heç bir haqqı yoxdur. Qız həmin adamla münasibətləri dayandırsın və dua edərək Allahdan dünya və axirəti üçün daha xeyirli olanını istəsin. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Həmçinin oxuyun: