Səfərdə olarkən namazlar necə qılınır?

    08.03.2014
Sual: 
Salam aleykum. 1)Seferde olarken sunnet namazlari tam sekilde qilmaq olarmi? 2)Seferde olarken teheccud namazini qilmamaq olarmi? 3)Seferde olarken ferz namazlari nece qilinir?
Cavab: 

Aleykum salam. 
1- Xeyir, olmaz. Səfərdə yalnız sübh namazının iki rükət sünnəti və vitr namazı qılınır. Digər sünnətləri qılmaq olmaz.
2- Bəli, səfərdə təhəccüd namazlarını qılmaq olar, bu, yaxşı bir əməldir.
3- Səfərdə olarkən fərz namazları belə qılınır. Məsələn, Sübh namazı iki rükətdir, bu namaz olduğu kimi qalır və necə varsa, eləcə də qılınır. Zöhr namazı dörd rükətdir, bu namaz qısaldılıb iki rükət qılınır. Əsr namazı dörd rükətdir, bu namaz qısaldılıb iki rükət qılınır. Məğrib namazı üç rükətdir, bu namaz qısaldılmır, necə varsa, eləcə də qalır. İşa namazı dörd rükətdir, bu namaz qısaldılıb iki rükət qılınır. Xülasə, dörd rükətli namazlar qısaldılıb ikirükət qılınır. Başqaları isə olduğu kimi qalır.

Teqlər: 
Paylaş: