Cadudan qorunmaq üçün falçıya getdim, vəziyyət daha da pisləşdi...

    26.05.2018
Sual: 
Salam.Menim ve yoldaşımın heç bir işi düz getirmir.evde hrmişe dava qırğındı sebebsiz yere.bir refiqem meni baxıcının yanın apardı.baxıcı dediki bize cadu olunub.dua yazdı.duanın kömeyi olmadı.indi heyatım dahada çetin olub.yene baxıcının yanına getmek istemirem.Allaha şerik qoşmağa qorxuram.cadudan düzgün yolla qurtulmaq isteyirem.xahiş edirem mene kömey eleyesiz.
Cavab: 
Va aleykum Salam. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver". (əl-Bəqərə, 155).
Sıxıntıların aradan qalxması və ruzinizin artması üçün falçıların yanına getmək yox, Allaha çoxlu dua etmək və ruzi qazanmaq üçün şəriətdə göstərilən səbəblərdən istifadə edərək çalışmaq lazımdır. Falçının yanına getmək böyük günahdır və vəziyyətin daha da pisləşməsinə səbəb olur. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: