Quranda bildirilən qüdrət halvası hansı yeməkdir?

    19.07.2018
Kimdən: 
Zulya
Sual: 
Salam aleykum. Quran ayelerinde yazılan qüdret halvası nedir?
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik (və:) "Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!"– (dedik). Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər". (əl-Bəqərə, 57).
Ayənin orijinalında qüdrət halvası anlamına gələn qida "mənnə" olaraq keçir. Təfsir alimləri də qüdrət halvası anlamına gələn "mənn"in hansı mənanı daşıması barədə ixtilaf ediblər. Əli ibn Əbu Talhanın, İbn Abbasdan nəql etdiyinə görə belə demişdir: "Qüdrət halvası, onların üzərinə ağaclara enirdi və onlar bu halvadan istədikləri şəkildə yeyib qidalanırdılar".
Mücahid isə qüdrət halvasının yapışqan bir şey olduğunu söyləmişdir.
İkrimə qüdrət halvasının çiy (bişməmiş) bir şey olduğunu və Allahın onların üzərinə endir­diyini bildirmişdir.
əs-Suddi isə demişdir ki, onlar, "ey Musa burada bu şəkildə necə olacaq, bizim üçün yeyəcək haradadır?" dedilər. Bu səbəblə də Uca Allah qüdrət hal­vası anlamına gələn "mənn"-i endirdi. O, zəncəfil bitkisinin üzərinə düşürdü.
Qatadə deyir ki, qüdrət halvası, onların olduğu yerə qar yağan kimi yağırdı. Süddən daha ağ, baldan daha dadlı idi. Dan yeri söküləndən günəşin doğuşuna qədər olan müddət ərzində enirdi və hər kəs o gün özünə bəs edəcək qədər ondan alardı. Daha çox alanda isə uzun müddət saxlamaq mümkün olmadığı üçün tez xarab olurdu. Şənbə günləri olanda isə həmin gününə yetəcək qədərini alardılar. Çünki o gün bayram və istirahət günü idi. O gün, heç kim yeyəcək dalınca getmirdi və heç kim bir şey istəmirdi. Bunların hamısı çöldə olmuşdu.
Rabi ibn Ənəs demişdir ki, qüdrət halvası bal kimi içilən bir şey idi və onların üzərinə enərdi. Onlar bunu su ilə qarışdırıb içərdilər.
Vahb ibn Munəbbihə isə qüdrət halvası anlamına gələn "mənnə" nədir deyə soruşulduqda belə demişdir: "Nazik, incə bir çörəkdir, toz kimi və ya iki dəfə çəkilmiş xurma çörəyinə bənzəyir".
Əbu Cəfər isə rəvayət etmişdir ki, İbn Cərir dedi ki, mənə Əhməd ibn İshaq, əş-Şa'binin belə dediyini nəql etmişdir: "Sizin bu balınız, qüdrət halvasının yetmiş parçasından biri kimidir...".
Bütün bunları yazmaqda məqsəd təfsirçilərin qüdrət halvası məsələsində izahlarının bir­birinə yaxın olduğunu qeyd etməkdir. Onların bir qismi bunu yeyəcək, bir qis­mi isə içiləcək bir qida məhsulu olaraq təfsir etmişlər. Allahın onlara lütf etdiyi bu neməti onlar qazanmaq üçün nə zəhmət, nə də bir güc-qüvvət sərf etmirdilər. Lakin qüdrət halvasının keçdiyi ayələrdə nəzərdə tutulan mənalar təkcə bunlar deyil. Çünki bu xüsusda bir çox səhih hədislər də rəvayət olunub. Belə ki, Peyğəmbər (salləlləhu aleyhi və səlləm) buyurub: "Göbələk qüdrət halvası cinsindəndir (qüdrət halvası tövratda bal dadan şirin çörəyə bənzər yeyəcək kimi təsvir olunur) və suyu da gözlərə şəfadır". (ət-Tirmizi, 2068).
"Acvə (xurma növü) xurması Cənnət meyvələrindəndir. Onda zəhərə qarşı şəfa vardır. Mantar və ya dombalan (çox gözəl ətirli bir göbələk növüdür) isə heç bir qulluq tələb etmədən və insanlar tərəfindən əklilib-becərilmə zəhməti olmadan meydana gələn qüdrət halvası növündən bir ruzidir. Suyu da gözə şəfadır". (İbn Məcəh "Tibb", 8, №: 2066, 3453).
"Mantar və ya dombalan (göbələk sortu) Musanın (aleyhis-sələm) zamanında İsrail övladlarının əkilib becərilmə zəhməti, insan əməyi olmadan meydana gələn qüdrət halvası növündən bir ruzidir". (İbn Məcəh "Tibb", 8, №: 2067, 3454). 
"Göbələk (mantar və ya dombalan) yer üzünün çiçək xəstəliyidir. Peyğəmbər buyurdu: "Göbələk qüdrət halvası növündən olan bir ruzi olub suyu da gözə şəfadır. Acvə xurması Cənnət meyvələrindən olub zəhərə qarşı şəfadır". (İbn Məcəh "Tibb", №: 2068, 3455; ət-Tirmizi, 2068; Əbu Davud "Tibb", 12). 
"Üç, beş və ya yeddi göbələk alıb suyunu bir şüşə qabın içinə qoydum. Onunla bir cariyəmin gözünü sürtdüm və o sağaldı". (İbn Məcəh "Tibb", 8, №: 2059; Əbu Davud "Tibb", 12). 
"Mantar və dombalan (göbələk növü) Uca Allahın Musaya (aleyhis-sələm) nazil etdiyi nemətlərdəndir və suyu göz üçün şəfadır". (əl-Buxari, 4478, 5708, 4208, 5381; Muslim, 5463, 5464, 5469, 2049).
(Mənbə: "əl-Misbahul-Munir Fi Təhzibi Təfsiri İbn Kəsir", Təfsiru Suratul-Bəqarah).

 

Teqlər: 
Paylaş: