Vitr namazının hökmü nədir?
Sual:
Salam aleykum. Mən bilmək istərdim ki, şəriətə görə Vitr Namazının hökmü nədir?
Cavab:
Aleykum salam. Şəriətə görə vitr namazı tәkidlә әmr olunmuş sünnәtlәrdәndir vә Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vitr namazını hәmişә qılmağa davam edәrdi. Qılmayan insan böyük bir mükafatdan mәhrum olur, lakin günah sahibi olmur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Allah Vitrdir (yəni, Təkdir) və tək sayı sevir”. (Buxari, 5931).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Ey Quran əhli, Vitr namazını qılın! Allah Vitrdir (Təkdir) və Vitr (namazını) sevir”. (Əbu Davud, 1416, 1418).