İqamədən sonra fasilə verərək niyyət etmək lazımdırmı?
Va aleykum Salam. Bəli, ümumiyyətlə ibadətin istənilən növündə niyyəti dil ilə təlləffüz etmək icazəli deyil. Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dində yenilikdir. Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) namaza başlayarkən, dillə niyyət etdiyi də bildirilməmişdir. Səhabələr (Allah onlardan razı olsun) və onların ardıcıllarının (Allah onlara rəhmət eləsin) da belə bir şey etdikləri bildirilməmişdir. Namaz iqamədən sonra əlləri qaldırıb "Allahu Əkbər" deyərək Fatihə surəsini oxuduqda başlanır. Sizin dediyiniz fasilə namaza aid deyil. Ona görə də namaza başlamadan öncə qəlbinizdə namaz qılmaq məqsədinin olması niyyət olaraq bəs edir və iqamədən sonra əlavə niyyətə ehtiyac yoxdur. Çünki niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Peyğəmbərimiz Məhəmməd (salləllahu aleyhi va səlləm) demişdir: "Bütün əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır...". (əl-Buxari, 1; Muslim, 4904). Daha ətraflı:
Niyyət etmək bidətdirmi?
Namaz qılmaq qaydası - VİDEO