Qaynanam öz istəyi ilə uşağımı yatızdırırsa, onun haqqına girmiş olurammı?
Sual:
Salam.men aileliyem 1uwagim var uwagim 1aydi qaynanamla birge yatir men buna gore cox narahatam ele bilirem ustumde haqqi var uwagima baxdigini duwunurem eziyyet verdiyimi duwunurem. duzdu uwagi yatizdiriram rahatliyiram aparib qoyuram yaninda yatir birde seher 10da 11de durur uwag ele biliremki qaynanami narahat eliyirem cunki uwagnan yatmayanda 12de 1de durur ele bilirem yatmagina mane oluram..herden yemekde yedizdirir ona gorede narahat oluram.. indi men qaynanamnan buna gore halalliq istemeliyem? Haqqi var ustumde?
Cavab:
Va aleykum Salam. Sizin övladınız olsa da, qaynananızın da nəvəsidir. Övlad valideyn üçün nə qədər əziz və sevimlidirsə, bir o qədər də nənəsi və babası üçün əzizdır. Əgər qaynananız öz istəyi ilə övladınıza baxırsa, bu işdə sizə könül xoşluğu ilə köməklik edirsə, burada hər hansı bir qul haqqından söhbət gedə bilməz. Əksinə, savab qazanır. Əgər qaynananız bunu istəmədən etsəydi və ya uşağınıza baxmağa imkanınız olduğu halda bu işi ona yükləsəydiniz, o zaman siz ona əziyyət verməklə haqqına girmiş sayılardınız. Həmçinin oxuyun: