Sevdiyim qız məsciddə yalandan and içdiyi üçün onu tərk etmişəm...

    05.09.2018
Kimdən: 
Aqşin
Sual: 
Salam aleykum bir sual vererecem xahiş edirem cavab verin menim sevdiyim qiz var idi onunla mescide getdim and icdirdim ki and ic heyatinda başqa oglan olmayib oda and icdi ALLAHİN evinde ALLAHA and icdi heyatimda senden başqa heckim olmayib aradan iller kecdi sonra özu dedi ki heyatimda evvel biri olub men ise cox eseblesdim ve onunla ayrildim o dedi seni itirmemek ucun and icmisem o ne qeder aglasada onunla ayrildim cunku ALLAHA and icirse yalandan basqa seylerde ede biler xahis edirem sizden mene meslehet verin bu menimcun gumahdirmi sehmi etmisem???
Cavab: 
Va aleykum Salam. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) evlənmək qaydasını bu cür öyrətməmişdir. Evlənmək niyyəti ilə bir qızdan xoşunuz gəldikdə, ona baxa bilərsiniz həmçinin onun məhrəmlərinin də olduğu bir yerdə bir neçə dəfə görüşüb söhbətləşə bilərsiniz. İlk növbədə onun dini və əxlaqı, həmçinin ailəsi və digər sizi maraqlandıran şeylər haqqında məlumat topladıqdan sonra qərara gələrək ya ona elçi göndərməli, ya da onu tərk etməlisiniz. Bundan artığını istəmək, uzun müddət danışmaq, görüşmək və s. həddi aşmaqdır - bu, Allahın qəzəbinə səbəb olur və həlakedici günah olan zinaya aparır. Həmçinin, xırdaçılığa getmək və keçmiş barəsində andlar içdirməyə də lüzum yoxdur. Sözsüz ki, Allaha yalandan and içmək böyük günahlardandır, bunu edən tövbə edərək çoxlu xeyirli əməllər etməlidir. Amma qadın keçmişdə baş vermiş günahlarına görə tövbə edib və tövbəsində sadiqdirsə, o günahlara meyl etmirsə, bu halda ona etimad olunur. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: