Ailə quracağım insandan zina etdiyimi gizlədə bilərəmmi?

    29.11.2014
Kimdən: 
gunay
Sual: 
men zina etmiwem iller once. pewmana. tovbe etmiwem. amma indi yeni bir insanla taniw olmuwam. elci gelmek isteyir yaxinda. amma menim zinamdan xebersizdi. etiraf elesem onu itirecem elemesem onda vicdan ezabi cekecem. cox pewmanam cox amma elimden hec ne gelmir. cox caresizem.
Cavab: 

Salam aleykum. Şübhəsiz ki, zina böyük günahlardandır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Bu vəziyyətdə səhabələr (Allah onlardan razı olsun) və onların yolunu gedənlər alimlər belə məsləhət vermişlər: Keçmişdə bu günahı etmiş insan ürəkdən peşman olaraq tövbə etməli, Allaha çoxlu ibadət etməli, namaz qılmalı, günahının bağışlanması üçün çoxlu dua etməli və bunun üçün duanın qəbul olan vaxtlarını seçməlidir (məsələn, gecənin son üçdə biri, azan və iqamə arası və s.). Həmçinin günahını yumaq üçün valideynlərə yaxşılıq etməli, çoxlu sədəqə verməli, nafilə ibadətlər etməli və digər yaxşı əməllər etməlidir, çünki yaxşı əməllər günahları silib aparır. Uca Allah buyurur: "(Qullarıma mənim bu sözümü) de: Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz". (əz-Zumər, 53-54).

Uca Allahın adlarından biri də "əs-Sittir" -- günahları və eybiləri örtəndir. Allaha bu adı ilə dua edərək onun günahını örtməsini diləməli, özü də günahını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün". (əl-Beyhəqi). 

"Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa. (Məsələn,) birisi gecə bir günah edir və səhəri gün Allah onun bu qələtini ört-basdır etdiyi halda (dost-aşnasına): "Ey filankəs, mən bu gecə filan, filan işləri görmüşəm"- deyir. Gecə Rəbbi onun (günahının) üs­tü­nə örtük çəkir, səhər isə o, Allahın bu örtüyünü açır". (Səhih əl-Buxari, 6069). 

"Allah (Qiyamət günü) mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq soruşacaq: “Filan günahı (etdiyini) bilirsən­mi? Filan günahı (etdiyini) bilirsənmi?” Mömin: “Bəli, ey Rəb­bim!”- deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman et­dik­də Allah buyuracaq: “Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram”. Sonra ona (için­də) yaxşı əməlləri yazılmış bir kitab verilə­cək." (əl-Buxari, 2261, 2441, 6960, 7514; İbn Macə, 183).

Bunu bilənlər varsa, onlar da gizlətməlidirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə Allah qiyamət günü onun eyiblərini örtər". (əl-Buxari; Muslim). Həmçinin oxuyun:
Namaz qılmaq qaydası - VİDEO
Duanın qəbul olunduğu vaxt və məqamlar

Paylaş: