Heç kəsi bəyənməmək cadu ilə əlaqədar ola bilərmi?

    18.08.2018
Sual: 
Salam.men 27yasi nda subay bir qizam. Indiye qeder cox elçi dusub ama hec kimi qebul ede bilmemisem.ne qeder yaxsi insan olursa olsun ilk 3gun yaxsi olar deye düşünüb 4cu olmaz deyirem. Çox insan deyir sene cadı edib ler bele şey mumkundurmu? Evvel inanmazdim ancaq 2il evvel bir insan razılik verdim ancaq 4gün sonra yox dedim ele bil başıma agrilar girirdi verdiyim qerar göre sonradan oyrendim ki şekillerim keçib o insanların eline ve mende şüphe yarandi çünki 1hefte içinde hec razılik vermiyeceyim birine He demisdim üzürlu sayin uzun oldu biraz ancaq cavablandirsaniz çox sevinerem
Cavab: 
Va aleykum Salam. İlk növbədə Allaha çoxlu dua edin ki, sizə xeyirli həyat yoldaşı nəsib etsin, həmçinin buna mane olan səbəbləri aradan götürsün. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153). Hər şeyi cadu ilə əlaqələndirmək doğru deyil, amma şeytanın vəsvəsəsi nəticəsində sizə evlənmə təklifi edənlərdən heç kimi bəyənməmək və ya əvvəl bəyənib, sonra imtina etmək halları da ola bilər. Bu hallardan qorunmaq üçün namaz qılmaq, çoxlu zikr etmək, evdə Quran səslənməsinə qulaq asmaq və digər şeyləri etmək lazımdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: