Namazda Ayətul Kursini oxumaq və qunut duası tutmaq haqqında

    10.03.2014
Sual: 
Salam aleykum. Namazda Ayetul Kursi oxunurmu? Eger oxunursa, hansi duadan sonra oxumaq lazimdir? Ve namazda ancaq vitir namazinda qizlar qunut tuturda ele? Yoxsa o biri ferz namazlarda da qunut tutmaq lazimdir? Xahiş edirem mene bu haqda melumat veresiz. Çox sag olun. Allah Sizden Razı Olsun!
Cavab: 

Aleykum salam. Namazın sözlərində "Ayətul Kursi - (əl-Bəqərə, 255)" yoxdur, sadəcə olaraq namazda Fatihə surəsini oxuduqdan sonra digər surələr kimi "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) də oxuya bilərsiniz. Amma bunu oxumasanız da namazınız düzgün sayılır. Qunut isə vitr namazında tutulur. Bunu qız və ya oğlan fərqi yoxdur, hamı tuta bilər. Lakin bunu hər dəfə etmək lazım deyildir. Hərdən qunut saxlayın, hərədən tərk edin, çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu namazda həmişə qunut tutmazdı.

Teqlər: 
Paylaş: