Qadın ətirləri satmaq icazəlidirmi?

    05.09.2018
Sual: 
Es selemu aleykum.men etirler satıram hem kişi hem qadın.men qadın etirleri satsam gunaha duşuremmi?zehmet olmasa cavablandırardız.ALLAH razı olsun
Cavab: 
Va aleykum Salam. Qadın ətirləri və ya onlara aid digər zinət əşyalarının satılması məsələsində bir az təfsilata ehtiyac var:
1. Əgər qadın müştərinin bunu naməhrəmlərin yanında və ya haram məqsədlər üçün istifadə edəcəyini bilsən, onda satılmasına icazə verilmir. Alimlər bunu bir növ günah işlərdə yardımlaşmaya bənzədirlər. Uca Allah buyurur: "...Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).
2. Əgər qadının bunu evində, məhrəmlərinin yanında, mübah məqsədlər və ya əri üçün istifadə edəcəyini bilsən, onda sata bilərsən.
3. Əgər bu barədə müştərinin halı satıcıya məlum olmazsa, yenə də satması icazəlidir. (Mənbə: Fətava əl-Ləcnə əd-Daimə, 13/67). Həmçinin oxuyun:
Paylaş: