Cənnətdə hər kəsin öz evi olacaqmı?

    24.08.2018
Sual: 
Salam.Cənnətdə hər kəsin öz evi olacaq,yoxsa hamısı bir yerdə yaşayacaq?
Cavab: 
Və aleykum Salam. Cənnətdə hər kəsin öz evi (evləri) olacaq, hamı bir yerdə yaşamayacaq. Bir gün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdilər: "Cənnətdə olan evlər nədən düzəldilib?" O cavab verdi: "Bir kərpic gümüşdən, bir kərpic qızıl­dan. Onun (divarlarının) malası xoş ətirli müşkdən­dir. Onun çınqılları mir­varidən və yaqutdan, torpağı isə zəfəran­dandır. Ora daxil olan ne­mət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəl­məz və qocalmaz". (ət-Tirmizi, 2526, 2717).
Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həmçinin demişdir: "Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: "İstədiyini arzu et!" - deyilməsidir. O da istədiyi qədər arzulayacaq. Sonra ona: "Arzuladıqların bitdimi?" - deyiləcək. O: "Bəli!" - deyə cavab verdikdə ona: "Bunları da istə!" - deyə xatırladacaq. İstədikləri qurtardıqdan son­ra Allah: "İstədik­lərinin hamısı və onların on misli də sənin­dir!" - deyəcək. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sonra adam Cənnətdəki evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: "Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!" Həmin adam deyəcək: "Mənə verilən nemət qədər heç bir kəsə verilməmişdir". (Muslim, 311).
Həmçinin oxuyun: Cənnətin vəsfi belədir 
Teqlər: 
Paylaş: