Xəstəlik səbəbindən dəstəmazın tez-tez pozulması
Sual:
Menim 1 yaxin qohumum var. Evveller nmaz qillirdi indi ise bagirsagindan tez tez qaz cixir deye qila bilmir. Artiq cekili biridi. Deyirki secdeye gedende bagirsagindan qaz cixir ve namazi destemazi pozulur. Sonra gedib yene destemaz alir yene eyni hal olur. Bunun uchun ne meslehet bilerdiz?
Cavab:
Salam aleykum. Əgər bu hal davamlı olarsa, bu, dəstəmazı pozmur. Ancaq namazın vaxtı girdikdə dəstəmaz alır və həmin vaxt fərz və nafilə namazlarını qılır. Xəstə olmayan insanlar haqqında isə hədisdə deyilir. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasında özündən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!" (əl-Buxari, 137).