Oruclu ikən kiminsə üstünə qışqırmaq günahdırmı?
Aleykum Salam. Qeyd etdiyiniz hal günah olmasa da, oruc olarkən mübahisədən, pis sözlər danışmaqdan çəkinmək lazımdır. Bu hal orucu batil etməsə də, savabını azaldır. Həmçinin haqlı olaraq mübahisədən çəkinmək Cənnətin ən yüksək mərtəbəsinə nail olmaq üçün bir səbəbdir. Necə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mən, haqlı olduğu halda belə mübahisədən əl çəkən kimsənin Cənnətin güşəsində bir evi olacağına, habelə, zarafatla olsa belə yalan danışmayan kimsənin Cənnətin ortasında bir evi olacağına və bir də əxlaqı gözəl olan kimsənin Cənnətin ən yüksək təbəqəsində bir evi olacağına zəmanət verirəm!" (Əbu Davud, 4800). Daha ətraflı:
Qışqır-bağır salaraq əsəbiləşmək orucu pozurmu?
Oruclu ikən pis söz danışmaq orucu pozurmu?
Oruc tutan onu söyən adama nə deməlidir