İçki düşkünü olan atanı içib küçələrdə dilənməməsi üçün evdən çölə buraxmamaq olarmı?

    13.10.2018
Sual: 
Salam aleykum va rahmətullahi va barəkətuh 1.Bir hadisə olmamışdan qabaq təxmin etmək düzgündür məsələn Allahın adın çəkərək qəpik atırsan fikirləşdiyin üzü düşsə o əməli edirsən əks tərəfi düşsə etmirsən yoxsa bu fal sayılır?2.Bildiyim qədər hədis var ki Allah rızası üçün bir kəs yardım istəsə ona yardım etməlisən əgər bir yerdə hədsiz sayda dilənçi bu cür istəsə necə etmək lazımdır?3.Bir qardaşın atası içki düşkünüdür içəndən sonra küçələrdə dilənir həmin qardaş öz atasını evə həbs etsə onun haqqına girmiş sayılırmı qardaşın məqsədi onu pis yoldan çəkindirməkdi?
Cavab: 
Va aleykum Salam.
1. Bu cavabı oxuyun: Bəd əlamətlərə inanma!
2. ​​​​​​​Bu cavabı oxuyun: Dilənçilərə pul vermək olarmı?
3. İçdikdən sonra küçələrdə dilənməməsi üçün övladın atasını evdən çölə buraxmaması xeyir məqsədilə olarsa, bu, onun haqqına girmək sayılmır. Hər bir halda övlad atasını gözəl bir şəkildə haqqa dəvət etməli, pis əməllərdən çəkindirməli, imkan daxilində müalicə etdirməli və şəriətin icazə verdiyi digər üsullardan istifadə etməlidir. Həmçinin oxuyun: Bir insanı günahdan necə çəkindirmək olar?
Teqlər: 
Paylaş: