Xəlifələrdən hansısa İslamı çətinliklə qəbul edibmi?

    15.09.2018
Kimdən: 
Ağamirzə
Sual: 
Salam aleykum və rəhmətillah xəlifələrdən ən cətin imana gələn olub,olubsa buna aid hədis varmı?
Cavab: 

Va aleykum Salam. Ümumən islamda Raşidi xəlifələri dörd nəfərdir. Onlar Allah elçisindən (salləllahu aleyhi və səlləm) sonra ümmətin ən üstün insanlarıdır (Allah onlardan və bütün səhabələrdən razı olsun).

1. Əbu Bəkr əs-Siddiq
2. Ömər ibn Xəttab
3. Osman ibn Affan
4. Əli ibn Əbu Talib

Əbu Bəkr (Allah ondan razı olsun) islam dəvətini eşidən kimi onu təsdiq etmiş və dərhal islamı qəbul etmişdir.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) islamı qəbul edən 40-cı adamdır və Qurani Kərimdən bəzi ayələri eşidərək təsirlənmiş və həmçinin Muhəmməd peyğəmbərin (salləllhu aleyhi və səlləm) onun islamı qəbul etməsi üçün dua etməsindən sonra islam onun qəlbində oturmuş və islamı qəbul etmişdir. Onun islamı qəbul etməsiyilə də müsəlmanlar qüvvətlənmişdirlər.
Osman ibn Affanı (Allah ondan razı olsun) isə Əbu Bəkr (Allah ondan razı olsun) dəvət etmiş və o da onun dəvəti əsasında islamı qəbul etmişdir.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında olmuş və islamı ilk qəbul edənlərdən biridir.
Bir sözlə xəlifələrdən heç biri zor gücünə və ya çətinliklə ismlamı qəbul etməyib. Allah onları islam üçün xəlifə olsunlar deyə seçib ayırmışdır. Allah onlardan və bütün səhabələrdən razı olsun! Bu barədə daha ətraflı məlumatı səhabələr haqqında olan kitablardan geniş şəkildə əldə edə bilərsiniz. Həmçinin oxuyun:
Ən xeyirli səhabə kim olub?
Səhabələr kimin yolunda olublar?

Teqlər: 
Paylaş: