Hikmət nə deməkdir?

    15.11.2018
Sual: 
Salam aleykum. Hikmət nə deməkdir? Ətraflı məlumat verərdiz. AlLah razı olsen.
Cavab: 
Va aleykum Salam. Hikmət hər bir şeyi öz yerinə qoymaq, haqqa uyğun danışmaq və əməl etmək deməkdir. Uca Allah buyurur: "Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar". (əl-Bəqərə, 269).
Hikmət müdriklik, faydalı və doğru biliklər, sağlam düşüncə, həmçinin bəlağətli danışıq qabiliyyətidir. Müd­rik olmaqdan ötrü həm biliklərə nail ol­maq, həm də onları əməldə istifadə etməyi bacarmaq lazımdır. Məhz buna görə müdriklik dedikdə, çox vaxt faydalı bilik və saleh əməllər nəzərdə tutulur. Həmçinin oxuyun:
 

 

 

Paylaş: