Kişi öz həyat yoldaşı namaz qılmadığı üçün Qiyamət günü məsuliyyət daşıyırmı?
Sual:
As salamu aleykum varahmatullahi vabarakatuh. Agar zovce namaz qılmırsa, ona göra Qiyamat günü kişi azab göracakmi?
Cavab:
Va aleykum Salam. Bəli, Qiyamət günü kişi ailəsinə və uşaqlarına görə cavabdehdir. Onların yemək-içmək, geyim, ev və s. haqqları barədə olduğu kimi, dininə və namazına görə də məsuliyyət daşıyır və onlar namaz qılmadıqlarına görə Qiyamət günü sorğu-sual olunacaqdır. Uca Allah buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır". (Ta Ha, 132).
"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Həmçinin Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829). Həmçinin oxuyun: