Ətrafdakıların qınağından qurtarmaq üçün yalandan namaz qıldığını demək olarmı?
Va aleykum Salam. Hər bir ağlı başında olan və həddi-büluğa çatan insana namaz qılmaq vacibdir. İnsanın yaşadığı mühitin necə olmasından asılı olmayaraq, başqalarının qınağından yaxa qurtarmaq üçün yalandan namaz qılıram deməsi olmaz. Çünki, əvvəla müvəqqəti olsa belə yalan danışmaq özü günahdır, həmçinin namaz qılmamaq da günahların ən böyüyüdür. Belə olan halda insan özünün günahsız, qəlbinin saf olmasını necə güman edə bilər?! Əksinə, siz heç nəyi gözləmədən namaza başlamalı, Allahın digər əmr və qadağalarına riayət etməli və ətrafınızdakı azğınlığa, günaha meyilli olan insanları bacardığınız şəkildə haqqa dəvət etməlisiniz. Ən böyük savab və nicat yolu da elə bundadır. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali-İmran, 104). Həmçinin oxuyun:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Qəlbin təmiz olması kifayətdirmi?