Nəyə görə peyğəmbərlər məhz Asiya qitəsinə göndərilmişdir?
Va aleykum Salam. Qurani-Kərimdə bizə xəbər verilən və haqqında danışılan 25 peygəmbər vardır. Lakin bizə məlum olmayan minlərlə peygəmbərlər olmuşdur. Uca Allah buyurur: "Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik...". (ən-Nisa, 164).
Uca Allah peyğəmbərlərin (Allahın onlara salamı olsun) bəzisinə səmavi səhifələr, kimisinə Zəbur, Tövrat, İncil kimi səmavi kitablar nazil etmişdir. Uca Allah buyurur: "Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın" (Fatir, 24).
Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində Amerikaya, Avropaya və digər yerlərə peyğəmbərlərin göndərilməsi, kitabların nazil edilməsi və ya bütün peyğəmbərlərin məhz Asiyadan olmaları haqda səhih bir məlumat yoxdur. Həmçinin oxuyun:
Məhəmməd peyğəmbərdən sonra peyğəmbər olacaqmı?
Hansı kitablar Allah tərəfindən nazil olub?
Bütün peyğəmbərlər müsəlman olublar və İslam tək haqq dindir
Peyğəmbərlər arasında üstünlük varmı?