Allahın adından ayə uyduranlar haqda - əl-Bəqərə surəsi 79 - cu ayə
فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ
“Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!"– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!”
عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا : {فَوَيْلٌ للذينَ يَكْتُبُونَ الْكِتَابَ بأَيْدِيهِمْ}، قَالَ : نَزَلَتْ فِي أَهْلِ الْكِتَابِ
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!”– deyirlər...” (əl-Bəqərə, 79) ayəsi kitab əhli üçün nazil olmuşdur”.
əl-Buxari “Xalqu Əfalil-İbəd” 412; ən-Nəsai “Sunənul-Kubra” 10924. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.