Yeni peyğəmbər gözləyən yəhudilərin, onun gəlişindən sonra Peyğəmbəri inkar etmələri - əl-Bəqərə surəsi 89 - cu ayə

    13.08.2018
وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ

 
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər Allah kafirlərə lənət etsin!”
 

قال ابن اسحاق وحدثني عاصم بن عمر بن قتادة عن رجال من قومه قالوا إن مما دعانا إلى الإسلام مع رحمة الله تعالى وهداه لما كنا نسمع من رجال يهود كنا أهل شرك أصحاب أوثان وكانوا أهل كتاب عندهم علم ليس لنا وكانت لا تزال بيننا وبينهم شرور فإذا نلنا منهم بعض ما يكرهون قالوا لنا إنه تقارب زمان نبي يبعث الآن نقتلكم معه قتل عاد وإرم فكنا كثيرا ما نسمع ذلك منهم فلما بعث الله رسوله صلى الله عليه وسلم أجبناه حين دعانا الى الله تعالى وعرفنا ما كانوا يتوعدوننا به فبادرناهم إليه فآمنا به وكفروا به ففينا وفيهم نزل هؤلاء الآيات من البقرة {وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ}.

 
Rəvayət edilir ki, İbn İshaq (Allah ona rəhm etsin) demişdir: “Asim ibn Ömər ibn Qətadə öz qövmündən olan bir dəstə kişinin ona danışdığı hekayəni mənə rəvayət etdi. Onlar deyirdilər: “Biz müşrik və bütpərəst olarkən Kitab Əhli bizdən daha elmli idi. Bizim İslamı qəbul etməyimizə əsas səbəb də Allahın mərhəməti və hidayətindən sonra yəhudilərdən eşitdi­yimiz xəbər oldu. Bizimlə yəhudilər arasında tez-tez çaxnaşmalar baş verir və hər dəfə biz qalib gəldikdə, onlar belə deyirdilər: “Artıq sonuncu pey­ğəm­bərin gəlişi yaxınlaşıb. O gələndə, biz onunla birlikdə sizə qarşı vuruşub Ad və İrəm qövmünün məhv edildiyi kimi sizi məhv edəcəyik”. Biz bunu onlardan çox eşidirdik. Allah Öz Elçi­sini – salləllahu aleyhi və səlləm - göndərdiyi zaman o, bizi İslama dəvət etdi və biz də dərhal onun dəvətini qəbul etdik, çünki onlar bizi hədələdikləri zaman xatırladıqları peyğəmbərin Muhəmməd – salləllahu aleyhi və səlləm - ol­duğunu yəqin etdik və ona iman gətirdik. Onlar isə ona inanmayıb küfr etdilər. Bizim və onların barəsində bu ayə nazil oldu: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər Allah kafirlərə lənət etsin!” (əl-Bəqərə, 89)”.
 
İbn Hişam “Siyra” 1/213; 2/37. Şeyx Muqbil həsən olduğunu bildirmişdir.