Yəhudilərin Peyğəmbərə verdiyi suallar - əl-Bəqərə surəsi 97 - ci ayə

    13.08.2018
قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِين

 
“De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”
 

عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : أَقْبَلَتْ يَهُودُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالُوا : يَا أَبَا الْقَاسِمِ إِنَّا نَسْأَلُكَ عَنْ خَمْسَةِ أَشْيَاءَ ، فَإِنْ أَنْبَأْتَنَا بِهِنَّ ، عَرَفْنَا أَنَّكَ نَبِيٌّ وَاتَّبَعْنَاكَ ، فَأَخَذَ عَلَيْهِمْ مَا أَخَذَ إِسْرَائِيلُ عَلَى بَنِيهِ ، إِذْ قَالُوا : اللَّهُ عَلَى مَا نَقُولُ وَكِيلٌ ، قَالَ : هَاتُوا قَالُوا : أَخْبِرْنَا عَنْ عَلامَةِ النَّبِيِّ ، قَالَ : تَنَامُ عَيْنَاهُ ، وَلا يَنَامُ قَلْبُهُ قَالُوا : أَخْبِرْنَا كَيْفَ تُؤَنِّثُ الْمَرْأَةُ ، وَكَيْفَ تُذْكِرُ ؟ قَالَ : يَلْتَقِي الْمَاءَانِ ، فَإِذَا عَلاَ مَاءُ الرَّجُلِ مَاءَ الْمَرْأَةِ أَذْكَرَتْ ، وَإِذَا عَلاَ مَاءُ الْمَرْأَةِ مَاءَ الرَّجُلِ آنَثَتْ قَالُوا : أَخْبِرْنَا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ ؟ قَالَ : كَانَ يَشْتَكِي عِرْقَ النَّسَا ، فَلَمْ يَجِدْ شَيْئًا يُلائِمُهُ إِلاَّ أَلْبَانَ كَذَا وَكَذَا - قَالَ أَبِي : قَالَ بَعْضُهُمْ : يَعْنِي الإِِبِلَ - فَحَرَّمَ لُحُومَهَا ، قَالُوا : صَدَقْتَ ، قَالُوا : أَخْبِرْنَا مَا هَذَا الرَّعْدُ ؟ قَالَ : مَلَكٌ مِنْ مَلائِكَةِ اللهِ عَزَّ وَجَلَّ مُوَكَّلٌ بِالسَّحَابِ بِيَدِهِ ، أَوْ فِي يَدِهِ - مِخْرَاقٌ مِنْ نَارٍ ، يَزْجُرُ بِهِ السَّحَابَ ، يَسُوقُهُ حَيْثُ أَمَرَ اللَّهُ قَالُوا : فَمَا هَذَا الصَّوْتُ الَّذِي نَسْمَعُ ؟ قَالَ : صَوْتُهُ قَالُوا : صَدَقْتَ ، إِنَّمَا بَقِيَتْ وَاحِدَةٌ وَهِيَ الَّتِي نُبَايِعُكَ إِنْ أَخْبَرْتَنَا بِهَا ، فَإِنَّهُ لَيْسَ مِنْ نَبِيٍّ إِلاَّ لَهُ مَلَكٌ يَأْتِيهِ بِالْخَبَرِ ، فَأَخْبِرْنَا مَنْ صَاحِبكَ ؟ قَالَ : جِبْرِيلُ عَلَيْهِ السَّلامُ ، قَالُوا : جِبْرِيلُ ذَاكَ الَّذِي يَنْزِلُ بِالْحَرْبِ وَالْقِتَالِ وَالْعَذَابِ عَدُوُّنَا ، لَوْ قُلْتَ : مِيكَائِيلَ الَّذِي يَنْزِلُ بِالرَّحْمَةِ وَالنَّبَاتِ وَالْقَطْرِ ، لَكَانَ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ} إِلَى آخِرِ الآيَةَ.

  
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəhudilər Peyğəmbərin – salləllahu aleyhi və səlləm - yanına gəlib dedilər: “Ey Əbul-Qasim! Həqiqətən, biz səndən beş şey barəsin­də soruşacağıq. Əgər soruşduqlarımız barəsində bizə xəbər ver­sən, sənin peyğəmbər olduğunu yəqin edərik və sənin ardınca gə­lərik”. Peyğəmbər - salləllahu aleyhi və səlləm - onlardan, İs­ra­­­il (Yəqub – ona salam olsun) öz övladlarından and içdirib əhd aldığı kimi əhd aldı. Belə ki, onlar dedilər: “Allah bizim dedikləri­mizə şahiddir!” Peyğəmbər - salləllahu aleyhi və səlləm - buyurdu: “Soruşun!” On­lar dedilər: “Bizə Peyğəmbərin əlaməti haqqında xəbər ver!” O dedi: “Peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qa­lır”. Onlar de­dilər: “Ana bətnində uşağın hansı səbəbdən qız və ya oğlan ol­ması barədə bizə xəbər ver!” O dedi: “Kişinin belindən və qadının kök­sün­dən gələn su bir-birinə qarışdıqda kişidən gələn su üstün­lük təşkil etsə oğlan, qadından gələn su üstünlük təşkil etsə qız olar”. Onlar dedilər: “İsrailin (Yəqubun – ona salam olsun) nəyi özü­nə haram etməyi barədə bi­­­zə xəbər ver!” O dedi: “O oturaq sinirin­dən şikayət edirdi və buna əlac tapmadıq­dan sonra dəvə ətini və südünü özünə haram etdi”. Onlar bunun doğ­ru olduğunu təsdiq et­dik­dən sonra dedilər: “Bizə ildırım haqqında xəbər ver!” O dedi: “Bu, Uca Allahın bu­ludları idarə etmək üçün müvəkkil etdiyi bir mə­ləkdir ki, əlindəki oddan olan “mixraqla”[1] buludları dağı­daraq Allahın əmr etdiyi yerə aparır”. Onlar dedilər: “Bəs eşidi­lən o gurultu nədir?” O dedi: “Onun səsidir”. Onlar bu xəbəri də təsdiq etdikdən sonra dedilər: “Artıq bir sualı­mız qaldı. Onun haqqında da bizə xəbər versən, sənə beyət edərik. Hər bir pey­ğəm­­bərə vəhyi çatdıran mələk vardir. Bəs sənin (vəhy çatdıran) dostun kimdir?” O dedi: “Cəbraildir – ona Salam olsun”. Onlar dedilər: “Bizim düş­mə­ni­miz olan, əzab, ölüm və mühari­bə gətirən Cəb­rail?! Əgər rəh­mət, bitgi və yağış gətirən Mikaili desəydin doğru olardı”. Bu vaxt Uca Allah bu ayəni nazil etdi: “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”. (əl-Bəqərə, 97)”.
 
İmam Əhməd, 2483; ən-Nəsai “Sunənul-Kubra” 9024; Mucəmul-Kəbir, 12259. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (1872) həsən olduğunu bildirmişdir.

 
[1] Mixraq xüsusiyyəti bizə məlum olmayan alətdir. "Nihayətu fi Ğəribil-Hədis" 2/25.