Yəhudilərin Cəbrailə düşmənçilik etmələri - əl-Bəqərə surəsi 97 - 101 - ci ayələr

    13.08.2018
مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِلْكَافِرِينَ * وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ * أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ * وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ

 
“De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən,  möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər”.
 

قَالَ ابْنُ عَبَّاسٍ : حَضَرَتْ عِصَابَةٌ مِنَ الْيَهُودِ نَبِيَّ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، فَقَالُوا : يَا أَبَا الْقَاسِمِ ، حَدِّثْنَا عَنْ خِلالٍ نَسْأَلُكَ عَنْهُنَّ لاَ يَعْلَمُهُنَّ إِلاَّ نَبِيٌّ ، قَالَ : سَلُونِي عَمَّا شِئْتُمْ ، وَلَكِنِ اجْعَلُوا لِي ذِمَّةَ اللهِ ، وَمَا أَخَذَ يَعْقُوبُ عَلَيْهِ السَّلامُ ، عَلَى بَنِيهِ : لَئِنْ أَنَا حَدَّثْتُكُمْ شَيْئًا فَعَرَفْتُمُوهُ ، لَتُتَابِعُنِّي عَلَى الإِسْلاَمِ قَالُوا : فَذَلِكَ لَكَ ، قَالَ : فَسَلُونِي عَمَّا شِئْتُمْ قَالُوا : أَخْبِرْنَا عَنْ أَرْبَعِ خِلاَلٍ نَسْأَلُكَ عَنْهُنَّ : أَخْبِرْنَا أَيُّ الطَّعَامِ حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ ؟ وَأَخْبِرْنَا كَيْفَ مَاءُ الْمَرْأَةِ ، وَمَاءُ الرَّجُلِ ؟ كَيْفَ يَكُونُ الذَّكَرُ مِنْهُ ؟ وَأَخْبِرْنَا كَيْفَ هَذَا النَّبِيُّ الأُمِّيُّ فِي النَّوْمِ ؟ وَمَنْ وَلِيُّهُ مِنَ المَلائِكَةِ ؟ قَالَ : فَعَلَيْكُمْ عَهْدُ اللهِ وَمِيثَاقُهُ لَئِنْ أَنَا أَخْبَرْتُكُمْ لَتُتَابِعُنِّي ؟ قَالَ : فَأَعْطَوْهُ مَا شَاءَ مِنْ عَهْدٍ وَمِيثَاقٍ ، قَالَ : فَأَنْشُدُكُمْ بِالَّذِي أَنْزَلَ التَّوْرَاةَ عَلَى مُوسَى صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هَلْ تَعْلَمُونَ أَنَّ إِسْرَائِيلَ يَعْقُوبَ عَلَيْهِ السَّلامُ ، مَرِضَ مَرَضًا شَدِيدًا ، وَطَالَ سَقَمُهُ ، فَنَذَرَ لِلَّهِ نَذْرًا لَئِنْ شَفَاهُ اللَّهُ تَعَالَى مِنْ سَقَمِهِ ، لَيُحَرِّمَنَّ أَحَبَّ الشَّرَابِ إِلَيْهِ ، وَأَحَبَّ الطَّعَامِ إِلَيْهِ ، وَكَانَ أَحَبَّ الطَّعَامِ إِلَيْهِ لُحْمَانُ الإِبِلِ ، وَأَحَبَّ الشَّرَابِ إِلَيْهِ أَلْبَانُهَا ؟ قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ عَلَيْهِمْ ، فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، الَّذِي أَنْزَلَ التَّوْرَاةَ عَلَى مُوسَى ، هَلْ تَعْلَمُونَ أَنَّ مَاءَ الرَّجُلِ أَبْيَضُ غَلِيظٌ ، وَأَنَّ مَاءَ الْمَرْأَةِ أَصْفَرُ رَقِيقٌ ، فَأَيُّهُمَا عَلا كَانَ لَهُ الْوَلَدُ وَالشَّبَهُ بِإِذْنِ اللهِ ؟ إِنْ عَلا مَاءُ الرَّجُلِ عَلَى مَاءِ الْمَرْأَةِ كَانَ ذَكَرًا بِإِذْنِ اللهِ ، وَإِنْ عَلا مَاءُ الْمَرْأَةِ عَلَى مَاءِ الرَّجُلِ كَانَ أُنْثَى بِإِذْنِ اللهِ ؟ . قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ عَلَيْهِمْ ، فَأَنْشُدُكُمْ بِالَّذِي أَنْزَلَ التَّوْرَاةَ عَلَى مُوسَى ، هَلْ تَعْلَمُونَ أَنَّ هَذَا النَّبِيَّ الأُمِّيَّ تَنَامُ عَيْنَاهُ وَلا يَنَامُ قَلْبُهُ ؟ قَالُوا : اللَّهُمَّ نَعَمْ . قَالَ : اللَّهُمَّ اشْهَدْ قَالُوا : وَأَنْتَ الآنَ فَحَدِّثْنَا : مَنْ وَلِيُّكَ مِنَ المَلائِكَةِ ؟ فَعِنْدَهَا نُجَامِعُكَ أَوْ نُفَارِقُكَ ؟ قَالَ : فَإِنَّ وَلِيِّيَ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ ، وَلَمْ يَبْعَثِ اللَّهُ نَبِيًّا قَطُّ إِلاَّ وَهُوَ وَلِيُّهُ قَالُوا : فَعِنْدَهَا نُفَارِقُكَ ، لَوْ كَانَ وَلِيُّكَ سِوَاهُ مِنَ المَلائِكَةِ لَتَابَعْنَاكَ وَصَدَّقْنَاكَ ، قَالَ : فَمَا يَمْنَعُكُمْ مِنْ أَنْ تُصَدِّقُوهُ ؟ قَالُوا : إِنَّهُ عَدُوُّنَا ، قَالَ : فَعِنْدَ ذَلِكَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ {قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ} إِلَى قَوْلِهِ عَزَّ وَجَلَّ {كِتَابَ اللهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لاَ يَعْلَمُونَ} فَعِنْدَ ذَلِكَ : بَاؤُوا بِغَضَبٍ عَلَى غَضَبٍ الآيَةَ.
 

Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir gün bir dəstə yəhudi Allahın Peyğəmbərinin – salləllahu aleyhi və səlləm - yanına gəlib dedilər: “Ey Əbul-Qasim! Yalnız peyğəm­bər­lərə məlum olan xüsusiyyət­lər haqqında soruşacaqlarımız barəsində bizə xəbər ver!” O dedi: “İstədiyiniz şey barəsində soruşun, ancaq Yə­qub – ona salam olsun - öv­ladlarından vəd aldığı kimi siz də Allah qarşı­sında vəd verin - əgər dediklərimin doğru olduğunu görsəniz, mənə tabe olub İslam dinini qəbul edəcəksiniz!” Onlar dedilər: “Qoy sən de­yən olsun”. O dedi: “İstədiyinizi soruşun!” Onlar dedilər: “Dörd xüsusiyyət barəsin­də bizə xəbər ver: Tövrat nazil olmamışdan əvvəl İsrail – ona salam olsun - özünə hansı yeməyi haram etmişdi? Kişinin belindən və qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olur ki, uşaq oğlan olur? Yazıb - oxumağı bacarmayan Pey­ğəmbər necə yatır və hansı mə­lək onun sevimli dostudur?” Peyğəmbər – salləllahu aleyhi və səlləm - dedi: “Dediklərinizə doğru cavab versəm Allah qarşısında ver­di­yi­niz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib olacaqdır”. Onlar bir daha çoxlu vədlər verdilər. O dedi: “Sizi, Tövratı Musaya – salləllahu aleyhi və səlləm - nazil edən Allaha and verirəm! İsrailun - Yəqubun  - ona salam olsun  - çox şiddətli xəstə­liyə tutulduğunu bilirsinizmi? Xəstəliyi uzun müddət davam etdiyinə görə o, Alla­ha nəzir etmişdi ki, əgər Allah ona şəfa versə, ən sevimli yeməyi­ni və ən sevimli içkisini özünə haram edəcək. Onun ən sevimli yeməyi dəvə əti, ən sevimli içkisi də, onun südü idi”. Onlar de­dilər: “Allaha and olsun ki, belə olub”. O dedi: “Allahım! Sən onların dediklərinə şahid ol! Sizi, Tövratı Musaya nazil edən, heç bir şəriki olmayan Allaha and verirəm! Kişinin belindən gələn suyun ağ rəngli qatı maye, qadının köksündən gələn suyun isə sarı rəngli duru maye olduğunu bilirsinizmi? Bunlardan hansı üstün­lük təşkil etsə, uşaq da Allahın izni ilə üstünlük təşkil edənin cinsindən olar və ona oxşayar. Kişinin belindən gələn su üstünlük təşkil etsə, Allahın izni ilə oğlan uşağı, qadının köksündən gələn su üstünlük təşkil etsə, Allahın izni ilə qız uşağı doğular”. Onlar dedilər: “Allaha and olsun ki, belədir”. O dedi: “Allahım! Sən onların dediklərinə şahid ol! Sizi, Tövratı Musaya nazil edən Allaha and verirəm! Bilirsinizmi ki, yazıb – oxu­mağı bacarmayan peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır”. Onlar dedilər: “Allaha and olsun ki, be­lə­dir”. O dedi: “Allahım! Onların dediklərinə şahid ol!” Onlar dedilər: “İndi isə mələklər­dən hansının sənin sevimli dostun olduğu barədə bizə xəbər ver. Bununla da biz ya sənə tabe olaq, ya da səni tərk edək”. O dedi: “Həqiqə­tən, mənim sevimli dostum Cəbraildir – ona salam olsun. Allah elə bir peyğəmbər göndərməyib ki, Cəbrail onun dostu olmasın”. Onlar dedilər: “Bu yerdə səni tərk etməli olacağıq. Əgər sənin dostun o yox, başqa bir mələk olsaydı dediyini təsdiq edər­dik və sənə tabe olardıq”. O dedi: “Si­zə, dediyimi təsdiq etməyə mane olan nədir?” Onlar dedilər: “O bizim düşmənimizdir”. Bu zaman Uca Allah bu ayəni nazil etdi: “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən,  möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər”. (əl-Bəqərə, 97 – 101). Bununla onlar özlərinə qarşı Uca Allahın qəzəbi üs­tünə bir qə­zəb də artırdılar”.
 
İmam Əhməd, 2514, 1/278; ət-Tayəlisi, 2854; ət-Tabərai “Mucəmul-Kəbir” 12836; İbn Cərir ət-Tabəri, 1/431; İbn Səd “Təbəqat” 1/116. Şueyb əl-Arnavut və Şeyx Muqbil hədisin həsən olduğunu bildirmişlər.