Qibləyə tərəf qılınmayan namaz haqda - əl-Bəqərə surəsi 115 - ci ayə
“Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir”
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - Məkkədən Mədinəyə gedərkən minik üzərində getdiyi istiqamətə tərəf üz tutaraq namaz qıldı və bu vaxt bu ayə nazil odlu: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. (əl-Bəqərə, 115)”.
Muslim, 700, 1131, 1646; ən-Nəsai, 491, 495; Əhməd, 2/ 20; İbn Cərir ət-Tabəri “Təfsir” 1/ 503. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.
عَنْ عَبْدِ اللهِ بْنِ عَامِرِ بْنِ رَبِيعَةَ ، عَنْ أَبِيهِ قَالَ : كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فِي لَيْلَةٍ مُظْلِمَةٍ ، فَلَمْ نَدْرِ أَيْنَ القِبْلَةُ ، فَصَلَّى كُلُّ رَجُلٍ مِنَّا عَلَى حِيَالِهِ ، فَلَمَّا أَصْبَحْنَا ذَكَرْنَا ذَلِكَ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَنَزَلَ : {فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ}.
Abdullah ibn Amir ibn Rabia atasının belə dediyini rəvayət etmişdir: “Zülmət bir gecədə Peyğəmbərlə - salləllahu aleyhi və səlləm - birlikdə səfərdə idik. Qiblənin harada olduğunu müəyyən edə bilmədik. Hər kəs istədiyi tərəfə yönələrək namaz qıldı. Səhər açıldıqda biz bu haqda Peyğəmbərə - salləllahu aleyhi və səlləm – xəbər verdik və bu ayə nazil oldu: “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar...” (əl-Bəqərə, 115)”.
ət-Tirmizi, 345, 2957; İbn Məcəh, 1020; ət-Tayəlisi, 1145; əd-Dəraqutni, 1/272; İbn Əbu Hatim “Təfsir” 1/112, 1120). əl-Albani həsən olduğunu bildirmişdir.