Suheyb ər-Rumi haqda nazil olan ayə - əl-Bəqərə surəsi 207 - ci ayə

    14.08.2018
وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ

 
“İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir”

 
عَنْ عِكْرِمَةَ ، قَالَ : لَمَّا خَرَجَ صُهَيْبٌ مُهَاجِرًا تَبِعَهُ أَهْلُ مَكَّةَ فَنَثَلَ كِنَانَتَهُ ، فَأَخْرَجَ مِنْهَا أَرْبَعِينَ سَهْمًا ، فَقَالَ : لاَ تَصِلُونَ إِلَيَّ حَتَّى أَضَعَ فِي كُلِّ رَجُلٍ مِنْكُمْ سَهْمًا ، ثُمَّ أَصِيرَ بَعْدُ إِلَى السَّيْفِ فَتَعْلَمُونَ أَنِّي رَجُلٌ ، وَقَدْ خَلَّفْتُ بِمَكَّةَ قَيْنَتَيْنِ فَهُمَا لَكُمْ. قَالَ : وَحَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ - نَحْوَهُ - ، وَنَزَلْتُ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : {وَمَنِ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاةِ اللَّهِ} ، فَلَمَّا رَآهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَبَا يَحْيَى رَبِحَ الْبَيْعُ قَالَ : وَتَلاَ عَلَيْهِ الآيَةَ.

 
Rəvayət edilir ki, İkrimə (Allah ona rəhm etsin) demişdir: “Suheyb y Məkkə­dən Mədinəyə hicrət etdikdə Məkkə əhli onu təqib etməyə başladı. O, ox qa­bı­nı götürüb içəri­sindən qırx ədəd ox çıxardı və dedi: “Mənə yaxın gəlsəniz, hər bi­rinizə bir ox vuraram, sonra qılıncımı çıxarıb vuruşaram və mə­nim mərd oldu­ğu­mu görərsiniz. Artıq mən, Məkkədə iki kölə qa­dın tərk etmişəm, qoy onlar sizin olsun!” Peyğəmbərə - salləllahu aleyhi və səlləm - bu ayə nazil oldu:   “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər...” (əl-Bəqərə, 207). Peyğəmbər – salləllahu aleyhi və səlləm – Su­heybi (Allah ondan razı olsun) gördükdə: “Əbu Yəhya ti­ca­rət­də (canını fəda etməklə) qazanc əldə etdi!”- deyib bu ayəni ona oxudu”.
 
əl-Hakim, 5700; İbn Hə­cər “əl-İsa­bə” 2/188; İbn Səd “Tabəqat” 3/162-163. əl-Hakim demişdir: “Bu hədis Muslimin şərtinə görə səhihdir”. Şeyx Muqbil hədisin səhih olduğunu bildirmişdir.