Allahdan Axirəti istəməyənlər - əl-Bəqərə surəsi 200 - cü ayə

    17.08.2018
فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ

 
“Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: "Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!"– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur

 
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ أَهْلُ الْجَاهِلِيَّةِ يَقِفُونَ فِي الْمَوْسِمِ يَقُولُ الرَّجُلُ مِنْهُمْ : كَانَ أَبِي يُطْعِمُ وَيَحْمِلُ الْحَمَالَاتِ وَيَحْمِلُ الدِّيَاتِ ، لَيْسَ لَهُمْ ذِكْرٌ غَيْرَ فِعَالِ آبَائِهِمْ ، فَأَنْزَلَ اللهُ على نبيه محمد صلى الله عليه وسلم {فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا}
 

Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Cahiliyyət dövründə insanlar Həcc mövsümündə onlardan bir kişi belə deyərdi: “Mənim atam yemək yedizdirər, insanların borclarını və fidyələrini ödəməyi öz öhdəsinə götürərdi”. Onların zikri yalnız öz atalarının etdiklərini yad etməkdən ibarət idi. Bu səbəblə Allah öz Peyğəmbərinə - salləllahu aleyhi və səlləm - bu ayəni nazil etdi: “Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin!...”. (əl-Bəqərə, 200)”.
 
İbn Əbu Hatim “Təfsir” 2/355, h. 1870; İbn Kəsir, 1/557; Durrul-Mənsur 2/445; Muhəmməd Tantavi “Təfsiril-Vasit” 1/434. Ali Nasr və əl-Hilali isnadının həsən olduğunu bildirmişlər.

 
عن ابن عباس ، قال : كان قوم من الأعراب يجيئون إلى الموقف فيقولون : اللهم اجعله عام غيث وعام خصب وعام ولاد حسن ، لا يذكرون من امر الاخرة شيئا ، فأنزل الله فيهم : فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bədəvilərdən olan bir toplum (Arafa dağına) gələr və belə dua edərdilər: “Allahım, bu ili yağış ili, bolluq ili, gözəl nəsil ili et!” Onlar öz dualarında Axirətə aid heç nə istəmirdilər. Bu səbəblə Allah onlara bu ayəni nazil etdi: “...İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur” (əl-Bəqərə, 200).  
 
İbn Əbu Hatim “Təfsir” 2/357, h. 1874; İbn Kəsir, 1/558; əş-Şovkani “Fəthul-Qadir” 1/275; Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 109. Ali Nasr və əl-Hilali isnadının həsən olduğunu bildirmişlər.