Yəhudilərin yalan şahidliyi - Ali-İmran surəsi 113-114 - cü ayələr
“Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər”
عَنِ ابْنِ عَبَّاسٍ رَضِي اللَّهُ تَعَالَى عَنْهمَا ، قَالَ : لَمَّا أَسْلَمَ عَبْدُ اللَّهِ بن سَلامٍ ، وَثَعْلَبَةُ بن سَعْيَةَ ، وَأَسَدُ بن عُبَيْدٍ ، وَمَنْ أَسْلَمَ مِنْ يَهُودَ ، فَآمَنُوا ، وَصَدَّقُوا ، وَرَغِبُوا فِي الإِسْلامِ ، قَالَتْ أَحْبَارُ يَهُودَ أَهْلُ الْكُفْرِ : مَا آمَنَ بِمُحَمَّدٍ ، وَلا تَبِعَهُ إِلا شِرَارُنا ، وَلَوْ كَانُوا مِنْ خِيَارِنَا ، مَا تَرَكُوا دِينَ آبَائِهِمْ ، فَأنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي ذَلِكَ مِنْ قَوْلِهِمْ : {لَيْسُوا سَوَاءً مِنْ أَهْلِ الْكِتَابِ} إِلَى قَوْلِهِ : {مِنَ الصَّالِحِينَ}
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Abdullah ibn Səlam, Sələbə ibn Səyə, Əsəd ibn Ubeyd və İslam dinini qəbul etmiş digər yəhudilər iman gətirib, Peyğəmbərin – salləllahu aleyhi və səlləm - dediklərini təsdiq edib, İslama rəğbət bəslədikləri zaman, yəhudilərin iman gətirməmiş bir qisim alimləri dedilər: “Bizlərdən Məuhəmmədə - salləllahu aleyhi və səlləm - iman gətirib tabe olanlar, içimizdən ən pisləridir. Yaxşı olsaydılar, dədə - babalarının dinini tərk etməzdilər”. Uca Allah da bu ayəni nazil etdi: “Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər”. (Ali-İmran, 113-114)”.
ət-Tabərani “Mucəmul-Kəbir” 1372; əl-Qurtubi “Təfsir” 4/175. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.