Kitab əhlindən olanlar hamısı eyni deyillər - Ali-İmran surəsi 115 - ci ayə

    03.10.2018
وَمَا يَفْعَلُوا مِنْ خَيْرٍ فَلَنْ يُكْفَرُوهُ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ

 
“Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır”

 
عَنِ ابْنِ مَسْعُودٍ ، قَالَ : أَخَّرَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعِشَاءِ ، ثُمَّ خَرَجَ إِلَى الْمَسْجِدِ ، فَإِذَا النَّاسُ يَنْتَظِرُونَ الصَّلاَةَ ، قَالَ : أَمَا إِنَّهُ لَيْسَ مِنْ أَهْلِ هَذِهِ الأَدْيَانِ أَحَدٌ يَذْكُرُ اللَّهَ هَذِهِ السَّاعَةَ غَيْرُكُمْ ، قَالَ : وَأَنْزَلَ هَؤُلاَءِ الآيَاتِ : لَيْسُوا سَوَاءً مِنْ أَهْلِ الْكِتَابِ ، حَتَّى بَلَغَ :{وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَلَنْ تُكْفَرُوهُ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ}.
 

Rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Bir gün Allah Elçisi – salləllahu aleyhi və səlləm - İşa nama­zını gecikdirdi, sonra məscidə gəldi və namazı gözləyənlərə belə dedi: “Sizdən başqa bütün dinlərin təmsilçiləri arasında gecə­nin bu saatında Allahı yad edən bir kimsə tapılmaz”. Uca Allah da bu ayələri nazil etdi: (Onların) hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır”. (Ali-İmran, 113 – 115)”.
 
Əhməd, 3760; İbn Əbu Şeybə, 350; İbn Hibban, 1530; ən-Nəsai “Sunənul-Kubra” 11007, 11073; Əbu Yəalə, 5306; İbn Cərir ət-Tabəri “Təfsir” 4/55; İbn Kəsir “Təfsir” 2/105. Şeyx Muqbil və Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildrmişdir.
 
İbn Cərir ət-Təbəri (Allah ona rəhm etsin) demişdir: “Bu rəvayət ona görə mötəbər hesab olunur ki, İşa namazını kitab əhlindən olan kəslər qılmır və Uca Allah da kafir olan kitab əhlindən fərqləndirmək üçün bu namazı yalnız Məhəmmədin - səllallahu aleyhi və səlləm - ümmətinin qıl­dığını bil­dirmişdir”. (İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 7/29).